Müqəddəs dağda çılpaq rəqs etdi
Striptiz bununla yerlilərin heysiyyətinə toxunub
Avstraliya. Yerli tayfalar (aborigenlər) müqəddəs Uluru dağına qarşı hörmətsizliyə yalnız lənətləmə mərasimləri ilə cavab verə biliblər. 25 yaşlı fransız striptiz-rəqqasə Alizi Seri Fransada əxlaqsızlıq yuvaları onun üçün azmış kimi müqəddəs məkanları murdarlamaq qərarına gəlib. Uluru dağında çılpaq rəqs edən fahişə yerli tayfaların etirazlarına məzxərə ilə cavab verib. O deyib: “Mən bilirəm ki Uluru müqəddəs yerdir. Mən öz rəqsimlə bu yerə hörmətimi bildirirəm. Unutmayaq ki aborigenlər bir vaxt çılpaq olub. Striptiz sadəcə tarixi xatırlamaqdır...” Aborigenlər isə Alizi və onun qrupunu lənətləyiblər. Görən göyə qalxmış lənətlər nə vaxt ünvanına dönəcək?
No comments:
Post a Comment