75 yaşlı nənə 87 yaşlı sevgilisinə qoşularaq qaçdı
Vətəndaş nikahı üçün müraciət edən cütlükdən ağıllarında hər hansı bir problem olmadığına dair arayış tələb olunub
Türkiyə. 75 yaşlı qadın 87 yaşlı sevgilisinə qoşularaq qaçıb. Fox.az “Habertürk”ə istinadən xəbər verir ki, Akşehir şəhər sakini 75 yaşlı Ayşə Yuvalı 12 gündür axtarışda imiş. Qeyd edək ki, oğlu ilə birlikdə yaşayan yaşlı qadın 12 gün əvvəl digər oğlunun yanına getmək adıyla evdən çıxıb və ondan xəbər almaq mümkün olmayıb. Yuvalının övladları onun itkin düşməsi barədə polisə xəbər verib, qəzetlərdə elan yazdırıblar. Ayşə Yuvalının isə Aydın vilayəti Nazilli rayonu sakini 87 yaşlı Mustafa Çimendere qoşularaq qaçdığı məlum olub. Vətəndaş nikahı üçün rəsmi qurumlara müraciət edən Çimender və Yuvalıdan ağıllarında hər hansı bir problem olmadığına dair arayış tələb olunması cütlüyü şoka salıb. Hal-hazırda cütlük ailə qurmaq üçün psixoloqun onlar üçün verəcəyi rəyi gözləyir.
No comments:
Post a Comment