23.9.10

Qırmızı dənizin sirri

Müqəddəs kitablarda söz açılan daha bir möcüzənin sirri fizika elmi sayəsində bəlli oldu

ABŞ. Ölkənin beynəlxalq atmosfer araşdırmaları mərkəzi və Kolorado universitetinin təhqiqatçıları Qırmızı dənizin ikiyə ayrılmasınının mümkün olduğunu açıqlayıb. Türkiyə mediasında gedən məlumata görə, elm adamları barəsində Tövratda və Quranda bəhs olunan möcüzənin yaşandığı bölgənin xəritələrini, arxeoloji qeydləri, kosmosdan çəkilən fotoşəkilləri incələyərək möcüzənin sirrini çözməyə çalışıblar. Araşdırmaçılar əldə etdikləri bilgilər nəticəsində təxminən 3 min il əvvəl Aralıq dənizinin cənubunda Nil çayından axan suların əmələ gətirdiyi Taniz gölündə təcrübələr aparmağa başlayıblar. Bilgisayar modelləri saatda 100 kilometr sürətlə şərqdən əsən küləyə məruz qalan bölgədə təxminən 1.8 metr dərinliyindəki suyu 12 saat boyunca incələyib. Məlum olub ki, külək suyu həm gölün hövzəsinə, həm də Nil çayından axan qola itələyir. Bu şəkildəə saatlar boyunca 4.5-5 kilometr uzunluğunda və 1.8 kilometr genişliyində düz, çamur sahəsi ortaya çıxır. Küləyin dayanması ilə sular palçıq sahəsini dərhal örtür.

NCAR rəsmisi karl Devis bu təcrübənin Tövratda bəhs edilən məsələyə çox yaxın olduğunu söyləyib. Devis deyib ki, “maye dinamiklərinə baxaraq, suyun bir-birindən ayrılmasını anlaya bilərik: "Külək suyu fizika prinsipləri içində bir səmtə itələyir. Su iki ayrı tərəfə qovularaq etibarlı bir keçid əmələ gətirir. Ardından külək kəsilir və kçid qapanır". Beləliklə, müqəddəs kitablarda söz açılan daha bir möcüzənin sirri fizika elmi sayəsində açılmış olub.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru