Mozanbik mesajı
SMS ilə üsyan qaldırıldı
Mozambik. Afrika ölkəsi olan Mozanbikdə ötən həftə 13 nəfərin ölümü, 443 nəfərin isə yaralanması ilə nəticələnən etiraz aksiyalarına insanların mobil telefonlarına göndəriləln bir mesajın səbəb olduğu müəyyənləşib. “Associated France Press” agentliyinin yaydığı xəbərə görə, “Ey mozanbikli: böyük etiraz günü üçün özünü hazırla, elektrik, su, çörək, nəqliyyat qiymətlərinin artmasına etiraz et, bu mesajı digərlərinə də göndər” məzmunlu mesaj qısa müddətdə bütün əhali arasında yayılıb.
Bir neçə sətirlik mesaj minlərlə insanın küçələrə axışmasına səbəb olub. Üç gün davam edən etiraz aksiyalarında əhalinin qarşısını ala bilməyən polisin silah tətbiq etməsi nəticəsində isə 13 nəfər ölüb, 443 nəfər yaralanıb.
No comments:
Post a Comment