İtalyan xanım millət vəkili parlamentdə 40 günlük körpəsi ilə çıxış edib
Ronzullinin bu hərəkəti təəccüb və təbəssümlə qarşılanıb
İtaliya. Avropa Parlamentinin (AP) italyan millət vəkili Liçiya Ronzulli parlament kürsüsündə 40 günlük körpəsi ilə çıxış edib. 35 yaşlı deputat çıxış edərkən övladı Viktoriyanı şalıyla qucağına bağlayıb. Parlamentarilər Ronzullinin bu hərəkətini təəccüb və təbəssümlə qarşılayıblar.
Qeyd edək ki, İtaliyanın baş naziri Silvio Berluskoninin rəhbəri olduğu “Xalqın Azadlığı partiyası”ından keçən il millət vəkili seçilən Liçiya Ronzulli körpəsini avqustun 10-da dünyaya gətirib. O, həmçinin Avropa Parlamentinin ekologiya, səhiyyə, məişət, ərzaq təhlükəsizliyi komissiyasının üzvüdür.
No comments:
Post a Comment