Hillari Klinton Abdulla Gülün önündə
Dodaq boyasından istifadə edərkən
ABŞ. Türkiyə prezidenti Abdulla Gül Nyu-Yorkda keçirilən BMT-nin iclasında daha bir təəccüblü hadisə ilə üzləşib. Belə ki, Gül fasilə zamanı bir müddət ABŞ-ın dövlət katibi Hillari Klintonla ayaqüstü görüşüb. Söhbət zamanı çantasından güzgü çıxardan Hillari Klinton dodaq boyası sürtməyə başlayıb. Klintonun bu hərəkəti "qadın hər yerdə qadındır" məsəlinin doğruluğunu bir daha sübut edib. Qeyd edək ki, bir necə gün öncə Svazilend kralının iclasa yarıçılpaq gəlməsi də Gülü əməlli-başlı təəcübləndirmişdi. Gül uzun müddət qarşısında oturan yarıçılpaq kraldan gözünü çəkə bilməmişdi.
No comments:
Post a Comment