21.9.10

Ata və əmi qızı zorlayıb

Onlardan əvvəl isə qardaşı...

Azərbaycan. Sentyabrın 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 15 yaşlı qızını zorlamaqda təqsirləndirilən ata və əminin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən Neftçala rayon sakinləri Rüfət Nəcəfov və onun qardaşı Ziyafətə hökm oxunub. Hökmə əsasən, Z. Nəcəfov 10 il, Rüfət Nəcəfov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bu ilin fevralında Z. Nəcəfov 15 yaşlı qızı Gülnarəni (adı şərtidir) zorlayıb. O, mütəmadi olaraq qızı ilə cinsi əlaqəni davam etdirib. Z. Nəcəfovun həbsdə olan qardaşı Rüfət həbsdən çıxdıqdan sonra qardaşı qızı Gülnarəni zorlamağa başlayıb. Bunu görən Z. Nəcəfov qardaşından polisə şikayət edib. Gülnarə polisə ifadə verən zaman atasının və əmisinin onu zorladığını bildirib. Gülnarənin atası və əmisi cinayət məsuliyyətinə cəlb olunublar. İbtidai istintaq zamanı isə daha bir dəhşətli fakt ortaya çıxıb. Belə ki, Gülnarə istintaqa ifadəsində atasından qabaq ilk dəfə qardaşı tərəfindən zorlandığını söyləyib. Qardaşı hərbi xidmətə yola düşdükdən sonra atası, daha sonra isə əmisi tərəfindən zorlanıb. Gülnarənin qardaşı hərbi xidmətdə olduğundan onun barəsində olan cinayət işinin istintaqı ayrı icraatda aparılır. Qeyd edək ki, Ziyafət və Rüfət Nəcəfovlar Cinayət Məcəlləsinin 149-cu (Zorlama), 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə ittiham olunublar.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru