Qadın adının sağlamlığa aidiyyatı var?
Alimlər qeyri-adi araşdırma aparıb
İngiltərə. Yerli mətbuatın yazdığına görə, araşdırma nəticəsində müəyyənləşdirilib ki, qadınların adları nəinki onların xarakterindən, hətta sağlamlıq dərəcəsindən də xəbər verir.
Təxminən 80 qadın adı müəyyənləşib ki, bu adları daşıyan xanımlar daha tez-tez xəstələnir. Məsələn, adı Emilya, Katrin, Morin, Janna və Kristina olan xanımlarda ürək-damar sistemi daha zəif olur. Marqaret və ya Linda adlı qadınların isə qan təzyiqilə bağlı daha ciddi problemləri olur. Sofiya və Xloya adlı xanımların ürəkləri daha sağlamdırsa, Kolin, Brayan, Rocer və Alan adlı qadınların digərlərilə müqayisədə infarkt olmaq ehtimalları düz 47% çoxdur. Araşdırma müəllifləri bunun elmi izahını tapa bilməyiblər.
No comments:
Post a Comment