First lady-lər seksdən danışdılar
Karla Bruni ilə Mişel Obama bir-birlərinə seks həyatlarını danışdılar
ABŞ. Fransa prezidenti Nikolya Sarkozinin həyat yoldaşı Karla Bruni ilə intim əlaqədə olduğuna görə yüksək çinli bir lideri gözlətdiyi bildirilir. Amerikalı jurnalist Conatan Alterin yeni yazdığı “The Promise” (Vəd) adlı kitabda bu liderin İngiltərə kraliçası Yelizaveta olduğu bildirilir. Kitabda, Karla Bruni ilə ABŞ-ın birinci xanımı Mişel Obamanın bir-birlərinə seks həyatlarını danışdıqları da yazılıb. Kitabda iddia edilir ki, bəzən seks üçün rəsmi proqramlara gecikdiklərini deyən Bruni Obama cütlüyünün də belə bir şey edib-etmədiyini soruşub. “Siz də bu iş üçün kimisə gözlətmisiniz?”, deyə Bruni soruşub. Mişel Obama isə qəhqəhə ilə bu suala “Yox!” cavabı verib.
No comments:
Post a Comment