18 yaşlı körpə
Alimlər gəncliyin sirrini açmaq niyyətindədir
ABŞ. Bu işdə onlara 1993-cü il təvəllüdlü Merilend ştatının sakini, 17 yaşlı Bruk Qrinberq adlı qız kömək edəcək. Doğulduğu gündən illər keçsə də, qızın heç yaşlanmaması mütəxəssislərin diqqətini cəlb edib. Belə ki, 17 yaşlı Bruk bir yaşlı uşağa bənzəyir. Onun çəkisi 7 kq, boyu isə cəmi 76 sm-dir. Alimlər hesab edir ki, bu uşağın genləri yaşlanmaqla bağlı çox önəmli sirləri aça bilər. Qrenberqin gen xəritəsi hazırlanaraq normal insanın genləri ilə müqayisə ediləcək. Bununla da yaşlanmaya yol açan genlər seçilə bilinəcək. Araşdırmaya bu sahədə işləyən dünyanın öndə gələn bütün elm adamları cəlb edilib. Mütəxəssislər bu genlərin çıxarılması ilə qocalmağın yavaşlada biləcəyinə və ya tamamilə dayandırılacağına ümid edir.
No comments:
Post a Comment