7.4.10

Yadplanetlinin qisası

Fermerlər qorxu içindədir

Meksika. Telekanallarından birinə yadplanetlilərlə bağlı müsahibə verən fermer qadın Mariya Lopezin dediklərindən: "Mən ilk baxışdan onu nağıllarda olan cin kimi qəbul elədim. O qəribə, donuq baxışları ilə mənə baxıdı. Əvvəl dilim tutuldu. Sonra qorxu mənə necə güc verdisə onu öldürdüm. Hə, əlimdəki kətmənlə.. sonra isə əlimə keçən dəmirləri onun üstünə yağdırdım.

Məhz bundan sonra onun yadplanetli ola biləcəyi ağlıma gəldi". Ufoloqların bəzisi bu müsahibədən sonra belə şərh vermişdilər ki, fermerlərin bir çoxu həmin humanoidlərin köməyindən öz işlərində yararlanırlar və bu cür hallar artıq Meksika üçün fantastik sayılmamalıdır. Növbəti gün ufoloqların bu proqnozu özünü doğrultmur. Çox güman ki, balasını öldürdüyünə görə yadplanetlilər həmin qadını yandırmışdılar. Lakin bu qətli məhz hadisələrin gedişindən istifadə edən incə yumor hissli cinayətkarın yoxsa həqiqətənmi qəzəbli humanoid valideynin icra etdiyi naməlum olaraq qalır.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru