Lənətlənmiş "Oskar"
“Oskar” mükafatında mistikanın olması həqiqətə çevrilməkdədir.
ABŞ. Son günlər dünya mətbuatında Amerika Kino Akademiyasının ən nüfuzlu mükafatı “Oskar” haqqında maraqlı mülahizələr yer alıb. Belə ki, mükafata layiq görülən, demək olar, bütün aktrisaların həyatında ciddi dəyişikliklər baş verir. Onların bir çoxu həyat yoldaşından, bəziləri isə sevgilisindən ayrılır. Belə ki, 2001-ci ildə “Erin Brokoviç” filminə görə “Oskar” mükafatına layiq görülən tanınmış aktrisa Culia Roberts 3 aydan sonra həyat yoldaşı Bencamin Brattdan boşanıb.
Növbəti ildə “Bədheybətlərin gecəsi” filminə görə “Oskar”a layiq görülən kinoaktrisa Xolli Berri uzun illər birgə olduğu musiqiçi sevgilisi Erik Benetdən ayrılıb.
“Milyon dollarlıq uşaq” filminə görə 2005-ci ildə “Oskar” mükafatı alan aktrisa Hillari Suonk 1 il sonra 13 illik həyat yoldaşından boşanıb. 2006-cı ildə “Həddi adlamaq” filmindəki roluna görə bu mükafatı alan Riz Uezirspun 8 ay sonra həyat yoldaşı və uşaqlarının atası Rayan Filipplə yollarını ayırır. 2009-cu ildə “Ən yaxşı qadın roluna görə” nominasiyasında “Oskar” alan Şarliz Teron da tək qaldı. Bu il Amerika Kino Akademiyasının bu mükafatını alan daha iki xanımın həyatında bədbəxtçilik baş verdi. “Titanik” filmindəki baş rolu ilə yaddaşlarda qalan Keyt Uinslet bu il “Çtes” filminə görə “Oskar”a sahibləndi. Bunun ardınca o, 7 ildir birgə yaşadığı Sem Mendesi itirdi. Bu ünlü cütlük də boşandı. Bu il “Oskar” alan kinoaktrisa Sandra Ballak da yaxın günlərdə həyat yoldaşından ayrıldı. Bütün bu faktlar “Oskar”ın doğrudan da lənətləndiyini göstərir.
No comments:
Post a Comment