10.4.10

İnternetdə özünə ər axtarır...

Bunun üçün sınaq müsabiqəsi keçirib

Çin. Siçuan əyalətinin Çonqçinq şəhərində bir qadın, maraqlı bir imtahanla özünə ər axtarır. Bu imtahan isə adi yox, onlayn imtahandır. Yəni onunla evlənmək istəyən bu imtahandan uğurla keçməlidir. İnternetdə "Səninlə cənnətə getmək istəyirəm" ismi ilə bu imtahanı edən qadın, "ağıllı və mədəni" bir həyat yoldaşı axtardığını bildirir. Dörd fərqli testin tətbiq olunduğu imtahanda, əvvəlcə namizədlərdən bir şeir yazmaları istənir. Ardından namizədin "Köhnə sevgiliyə əlvida" adlı bir məktub yazması gözlənilir. Namizədin ictimai həssaslığının da test edildiyi imtahanda, Sıcüen zəlzələsində etdiyi hədiyyənin miqdarı və sübut edilməsi istənir. Son olaraq da təsirləndiyi bir roman barədə tənqid etməsi tələb edilir. Bu "çətinlikli imtahan marafonu"nda iştirakə edən minlərlə namizəddən yalnız beş adam müvəffəqiyyətli oldu. Qadının bunların arasından birini seçməsi ya da ikinci dövr test etməsi gözlənilir.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru