1.10.09

4 yaşlı qızını zorlayan ata

Sonda məhkəmədə bəraət qazandı

Belçika. Məhkəmə 4 yaşlı qızını zorlamış 30 yaşlı ataya bəraət verib. Avropa mətbuatının yazdığına görə, kişi nadir xəstəlikdən - seksomaniyadan əziyyət çəkdiyini bildirib. Atanın sözlərinə görə, o, zorakılığa «özünü dərk etmədiyi vaxt» yol verib. Evə sərxoş gəlmiş ata qızı ilə bir otaqda yatdığını, yuxuda olan zaman uşağı zorladığını və yalnız körpənin qışqırtısına ayıldığını söyləyib. Məlumata görə, qızcığaz baş verənləri nənəsinə danışıb, nənə isə polisə müraciət edib. «Seksomaniya lunatizmin seksual versiyasıdır. Mən baş verənlərə görə çox utanıram», - deyə 30 yaşlı kişi məhkəmədə verdiyi ifadəsində bildirib. Məhkəmənin atanı azadlığa buraxmasından ən çox hiddətlənən isə zorlanmış qızcığazın anasıdır. O hesab edir ki, məhkəmələr bununla pedofillərin «əl-qolunu» açır.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru