18.2.10

Orduda zorlama cinayətini törədənlər axtalansın

Millət vəkili Qüdrət Həsənquliyev belə cəzanın müsbət nəticə verəcəyi qənaətindədir

Azərbaycan. Son dövrlərdə Azərbaycan ordusunda cinayət hallarının, o cümlədən odlu silahdan istifadə etməklə törədilən qətllərin, zorlama faktlarının artması ilə əlaqədar Milli Məclis qarşısında məsələ qaldırılacaq. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətindən Qaynar.info-ya verilən verilən məlumata görə, bu istiqamətdə təkliflər hazırlayan partiya sədri, illət vəkili Qüdrət Həsənquliyev konkret addımlar təklif edəcək.

BAXCP sədri odlu silahla törədilən qətllərin və zorlama hallarının qarşısının alınması üçün təklif edir ki, odlu silahla qətlə yetirmə cinayətlərinə görə cəzanın müddəti ən azı 30 ilədək artırılmalıdır: “Zorlama xarakterli cinayət əməlinə görə isə cəzanın yuxarı həddi 20 il müəyyənləşdirilməlidir. Eyni zamanda zorlama hərəkətlərinə görə, bir sıra Qərbi Avropa ölkələrinin təcrübəsindən istifadə olunaraq, əlavə cəza da tətbiq olunmalıdır. Yəni, zorlama cinayəti törədən şəxslər cərrahi yolla axtalanmalıdırlar".

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru