20.2.10

Elton Conun bütün dünyanı şoka salan fikirləri

"İsa peyğəmbər də qeyri-ənənəvi cinsin nümayəndəsidir"

İngiltərə. Tanınmış müğənni Ser Elton Con bütün dünyanı şoka salan fikirlər səsləndirib. Qaynar.ino xarici mətbuata istinadən xəbər verir ki, müğənni Britaniya mətbuatına açıqlamasında bildirib ki, onun və İsa peyğəmbərin arasında oxşarlıqlar mövcuddur (?). Belə ki, guya, İsa peyğəmbər də qeyri-ənənəvi cinsin nümayəndəsidir: "Mən fikirləşirəm ki, İsa çox əziyyət çəksə də, ağıllı "mavi" idi. O, insanların problemlərini bilirdi. İsa istəyirdi ki, biz sevək və bağışlamağı bacaraq. Mən insanları bu cür qəddar olmağa nəyin vadar etdiyini bilmirəm. Yaxın Şərqdə sən "mavi" olmağa çalış, həmin an ölüsən". Sonra Elton Con özünün 47 yaşlı "əri" Devid Fenişer ilə tanışlığından danışıb. Deyib ki, "əri"ni görən kimi bəyənib: "O çox yaxşı geyinmişdi və ciddi idi. Sonrakı gün isə biz bir yerdə şam etdik. Daha sonra isə biz bir-birimizi çox sevdik".
Qeyd edək ki, Elton Conun İsa peyğəmbərlə bağlı sayıqlamaları Britaniya və bütün dünya xristianları tərəfindən çox qəzəblə qarşılanıb. Lakin müğənni dediklərinin üstündə durub.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru