9.2.10

1 öpüş aləmi qarışdırdı

Hava limanının uşuş zolağına sevgilisini öpmək üçün daxil olan oğlanı terrorçu zənn etdilər

ABŞ. Nyu-Arka aeroportunda kuryoz hadisə baş verib. Məlumata görə, həftənin birinci günü aeroportun uçuş zolağına bir naməlum şəxs soxulub. Bunu görən sərnişinlər dəhşətə gəlib, bir neçə insan dərhal təhlükəsizlik xidmətinə və Terrorla Mübarizə İdarəsinə zəng vurub. Bir çoxları təyyarəni tərk edərək qaçıblar. Bir neçə saat sonra polis əməkdaşları hadisə yerinə cəlb edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində Nyu-Arka aeroportundakı sərnişinlər evakuasiya edilib. Aeroport bir neçə saat işləməyib. Lakin sonradan müşahidə kamerasındakı görüntü izlənən zaman məlum olub ki, uçuş zolağına daxil olan şəxs sadəcə, təyyarə ilə uçacaq sevgilisylə öpüşmək istəyirmiş və təyyarənin uçacağından qorxaraq qaçaraq özünü ora yetirib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru