5.1.10

Liftdən çıxarıb mənzildə zorladı

QİÇS daşıyıcısı olan usta təmir işləri ilə məşğul olarkən evdə azyaşlı qızı zorladı


Azərbaycan. Paytaxt Bakıda zorlama və qətl hadisəsi baş verib. Mehdi Nəcəfov məhkəmədə də cinayəti etiraf edib. Məhkəmə ifadəsində göstərib ki, İnarə Əliyevanın yaşadığı binadakı mənzillərdən birində təmir işləri ilə məşğul olurmuş. İyulun 21-dən 22-nə keçən gecə İnarə binanın liftinə daxil olarkən qıza hücum edib. Onu zorla təmirlə məşğul olduğu mənzilə aparıb. Orada qızı zorlayıb, sonra başına çəkic zərbələri vuraraq qətlə yetirib. Cinayətin izini itirmək üçün öldürdüyü adamın üzərindəki sənədləri götürüb, meyiti 16-cı mərtəbədən atıb və hadisə yerindən qaçıb. Təqsirləndirilən şəxs hərəkətini belə izah edib: «Həyəcanlı olmuşam, nə etdiyimi özüm də bilməmişəm». İndi Mehdi Nəcəfov adam oğurluğu, zorlama, xüsusi amansızlıqla adam öldürmə və sənəd oğurluğu, cinsi əlaqədə olduğu şəxsi QİÇS-ə yoluxdurma maddələri ilə mühakimə olunur. Hələ ibtidai istintaq zamanı keçirilmiş ekspertiza nəticəsində təsdiqlənib ki, Mehdi Nəcəfov HİV daşıyıcısı imiş.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru