13 yaşlı uşaq ata olub
Körpənin anasının isə 15 yaşı var
Körpənin anasının isə 15 yaşı var
İngiltərə. 13 yaşlı Alfi Patten ata olub. Körpənin anasının isə cəmi 15 yaşı var. Ata İngiltərənin «Sun» qəzetinə verdiyi müsahibəsində rəfiqəsinin hamilə olduğunu biləndə çox təəcübləndiklərini, ancaq buna baxmayaraq, abort haqqında heç düşünmədiklərini deyib. Azyaşlı cütlük 6 aylığına kimi hamiləliyi valideynlərindən gizli saxlaya bilib. Yeni dünyaya gələn körpəyə Maisie adı verilib.
Xatırladaq ki, İngiltərə uşaq anaların ən çox olduğu ölkədir. Hökumətin bunun qarşısını almaq üçün bir sıra kampaniyalar həyata keçirməsinə baxmayaraq, hələlik bunun qarşısını almaq mümkün olmayıb
No comments:
Post a Comment