30.1.10

Zəlzələ zamanı azadlığa çıxan məhbuslar qadınların üzərinə düşdülər

Qorxunc zəlzələdən sağ xilas olan qadınlar təəssüf ki, quldurların təcavüzünə uğramaqdan və zorlanmaqdan xilas ola bilmədi.

Haiti. Milli təhlükəsizlik naziri Mario Andresol jurnalistlərə verdiyi açıqlamada, paytaxt Port-au-Princedə qurulan zəlzələ çadırlarında çox sayda qadının cinsi tacıq və təcavüzə uğradığını söylədi. Rəsmi şərhlərə görə 170 min adamın ölümünə endən olan zəlzələ sonrasında yaşanan qarışıqlıqda 7 mindən çox məhkumun həbsxanadan qaçdığını ifadə edən Andresol, qaçaqların ölkədə təhdid ünsürü meydana gətirdiyini ifadə etdi. Andresol, "Onları həbs etməyimiz beş il davam etdi. Bu gün isə hamısı dəliyə dönmüş şəkildə küçələrdə gəzir" - dedi.

Karib ölkəsini yerlə bir edən və bir milyondan çox adamı evsiz buraxan zəlzələnin ardından evlərini itirənlərin bir çoxu Port-o-Prinsdə qurulan keçici düşərgələrə yerləşdirilmiş vəziyyətdədirlər. Bu düşərgələrdən birində yaşayan Rachelle Dolce adlı qız AFP xəbər agentliyinə verdiyi şərhdə, belə bir təcavüz hadisəsinə şahid olduğunu söylədi: "Çadırımın xaricində kişi səsləriylə bir qadın qışqırığı eşitdim" deyən Dolce, yerdə də qadının cırılmış alt geyimini gördüyünü ifadə etdi və sözlərinə belə davam etdi: "Bunun üzərinə qışqırmağa başladım. Onlar da qaçdı".

Xatırladaq ki, Haiti dünyanın iri turizm və istirahət mərkəzlərindən biridir. Bu ekzotik məkanda ilin bütün mövsümlərində oliqarxlar, zəngin insanlar, şou-biznes və kino ulduzları, həmçinin siyasi liderlər istirahət etməyi sevirdilər. Burada çirkli pulların yuyulması, qadın və uşaq alveri, narkoticarət və fahişəlik baş alıb getmişdi. Eyni hadisə İndoneziyada da baş vermişdi. Həmin xəbəri saytımızın arxivindən əldə edə bilərsiniz.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru