10.1.10

Amerikalı həkim-pediatr onlarla uşağı zorladı

100-dən artıq yeniyetmə Ağ xələtli uşaqbazın qurbanı olub

ABŞ. Delaver ştatında azyaşlı xəstələr üzərində əxlaqsız hərəkətlərdə şübhəli bilinən həkim-pediatra ittiham elan edilib. 56 yaşlı pediatr Erl Bredli ötən həftə Lüis şəhərində həbs edilib. Polisin məlumatına görə, o, 1998-ci ildən başlayaraq on il ərzində uşaqları zorlayıb. O əxlaqsız hərəkətləri birbaşa tibb otağında edirmiş.

Hazırda Erl Bredli 2,9 milyon dollar girov müqabilində həbsdən buraxılıb. Ona yeddi nəfərə qarşı 33 ağır cinayətlə bağlı ittiham elan edilib. İşlə bağlı məhkəmə prosesi yanvarın 14-də başlamalıdır. Erl Bredlinin işi Atlantik okeanı sahilində yerləşən Lüis şəhərində əsl qalmaqal yaradıb. Başqa cür də ola bilməzdi. Çünki şəhərdə cəmi 3100 nəfər yaşayır. Yerli sakinləri şoka salan isə uşaqbazın qurbanları arasında 6 aylı körpənin də olmasıdır. Lisenziyası artıq əlindən alınmış həkim cinayətlərini videokameraya da çəkib. Onun evində aparılan axtarış zamanı çoxsaylı sübutlar əldə edilib. Hazırda polis əməkdaşları kamera qarşısında zorlanmış 15 uşağın şəxsiyyətini dəqiqləşdirir.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru