11.10.09

Zehni qüsurlu xəstə qıza dəfələrlə cinsi təcavüz edildi

Onun heç kimə bir söz deyə bilməyəcəyinə əmin olan qəsəbə sakinləri qızı dəfələrlə zorladılar

Türkiyə. Ümraniye yaşayış massivində, aldatdıqları zehni xəstə 23 yaşındakı R.G-yə meşədə, parkda və evdə dəfələrlə təcavüz edən 4 adam tutuldu. Keçdiyimiz həftə bələdiyyə avtobusuna minərək evinə gedən R. G., iddiaya görə eyni avtobusda olan E. B. tərəfindən aldadılaraq telefon nömrəsi alındı. Sabahısı gün, davamlı mesajlar yazaraq gənc qızdan görüş alan E. B., Dudullu`da görüşdüyü R.G.`yı meşəlik sahəyə apararaq təcavüz etdi. Eyni gün. R.G.`yı yoldaşı H.Y.`nın yanına aparan E. B., daha sonra ayrıldı. H. Y. isə, məcbur zehni xəstə qızı yoldaşları A. T. və B.B.`nın evinə apardı.

Cib telefonu əlindən alınan və davamlı ölüm təhdidləri alan R. G., 3 gün boyunca Ümraniye`dəki evdə B. B., A. T, və H.Y.`nın təcavüzünə uğradı. Ailəsinin zehni xəstə qızlarının itkin olduğunu ifadə edərək polisə xəbər verməsidən sonra hərəkətə keçən Ümraniye Asayiş Büro Komandirliyi qrupları işə başladı. Şübhəlilərin tutulması üçün texniki təqib başladan polis, gənc qızın telefonunu izləməyə başladı. 4 gün boyunca telefonu bağlı olan qızın fürsət taparaq telefonunu açması üzərinə siqnal alan polis R. G `ın yerini müəyyənləşdirdi.

Telefona çıxan qızın ünvan tərif edə bilməməsi üzərinə polis, evdəki bir faktura üzərindəki ünvanı oxumasını istədi. Yeri təyin olunan R. G., polis tərəfindən qurtarıldı. Gənc qızın tutulduğu Maltepe`dəki evə pusqu quran polis, A. T., B. B, .E. D. və H.Y.`yi da nəzarətə aldı. İfadələri alınan şübhəlilərdən A.T`in Maltepe sahil yolunda kafe işlətdiyi ifadə edildi. Təhlükəsizlikdəki əməliyyatları tamamlanan şübhəlilər Ümraniye Ədliyyəsi`nə sövq edildi.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru