30 il qızını zorlamaqda ittiham edilən ata
40 yaşlı qadın atasından 4 uşaq dünyaya gətirib
Avstraliya. Melburn polisi 30 il ərzində doğma qızını zorlayan cinayətkara rəsmi ittiham irəli sürüb.“Herald Sun” qəzetinin verdiyi məlumata görə, cinayət işindəki fiqurantlarının adları çəkilmir. Polisin məlumatına görə, Melburn sakini 1970-ci illərin sonunda 11 yaşlı qızını zorlamağa başlayıb. Hazırda “ata”nın 60, qızının isə 40 yaşı var. Polisdəki mənbə bildirib ki, zorlama ancaq 2007-ci ildə - qadın valideynlərindən ayrı yaşamağa başlayandan sonra dayanıb. Cinayətkarın mütəmadi olaraq qızını döydüyü də bildirilir. Qonşular isə onların ailəsində nə baş verdiyindən xəbərsiz olublar.
Qadın bu müddət ərzində atasından 4 uşaq dünyaya gətirib. Polis zorakılıqdan 2005-ci ildə xəbər tutub. Lakin qadın atasının həbsxanaya salınacağından ehtiyat edərək istintaqla əməkdaşlıq etməkdən imtina edib. 2008-ci ildə keçirilən genetik ekspertiza ittiham edilənin uşaqların atası olduğunu sübut edib. 2009-cu ilin fevralında isə faktla bağlı cinayət işi qaldırılıb. Ümumilikdə cinayətkara 80 zorakılıq aktı ilə bağlı ittiham irəli sürülüb. Hazırda 40 yaşlı qadın və onun 4 uşağı polisin himayəsindədir. Onlara şahidlərin təhlükəsizliyi proqramı şamil edilib.

No comments:
Post a Comment