50 yaşlı müəllimin 14 yaşlı şagirdi ilə yaşamasını qızın ailəsi və bütün qəsəbə bilirmiş...
Azərbaycan. Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, Ümid qəsəbəsinin sakini, 294 saylı orta məktəbin direktor müavini, 1959-cu il təvəllüdlü Şahin Fətiş oğlu Yusifov həmin məktəbin şagirdi 1995-ci il təvəllüdlü M.S. (ad şərtidir) ilə cinsi əlaqədə olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, Ş.Yusifov qızla 2006-cı ildən müxtəlif yerlərdə cinsi əlaqədə olub. Hazırda faktla bağlı araşdırma aparılır.
Azərbaycan. Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, Ümid qəsəbəsinin sakini, 294 saylı orta məktəbin direktor müavini, 1959-cu il təvəllüdlü Şahin Fətiş oğlu Yusifov həmin məktəbin şagirdi 1995-ci il təvəllüdlü M.S. (ad şərtidir) ilə cinsi əlaqədə olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, Ş.Yusifov qızla 2006-cı ildən müxtəlif yerlərdə cinsi əlaqədə olub. Hazırda faktla bağlı araşdırma aparılır.
Əldə olunan ən son məlumatlara görə, Qaradağ rayonunda 294 saylı orta məktəbin müəllimi 14 yaşlı şagirdini zorlamış imiş. İndi Ümid qəsəbəsində hamının diqqəti bu hadisəyə yönəlib. 14 yaşlı məktəbli qıza qarşı seksual hərəkətlərdə ittiham olunan Şahin Yusifov isə artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Söhbət 294 saylı məktəbin müəllimi Şahin Yusifovdan gedir ki, etdiyi hərəkətlə bu ayın 24-də 9 illik müəllimlik fəaliyyətinə xitam verdi. Üstəgəl, azadlığını, ən başlıcası isə özünün və ailəsinin təmiz adını itirdi. Əslində Ümid qəsəbəsində hər kəs 50 yaşlı müəllimlə 14 yaşlı qızın arasında baş verənlərdən xəbərdar idi. Özü də indi yox. Hələ üç il bundan qabaq, qızın 11 yaşı olanda kənddə çoxları Şahin müəllimin balaca qızcığazla cinsi əlaqədə olduğundan xəbər tutmuşdu. Kənd camaatından eşitdiyimizə görə, qızın anası İradə Şahin Yusifovun kənddəki şadlıq evində qabyuyan işləyib. Ümid qəsəbəsində çoxlarının ayağısürüşkən kimi tanıdığı İradə Şahin Yusifovun qapıbir qonşusu olub. Yanaşı evlərdən birində müəllim, digərində isə dul qadın İradə və onun iki uşağı- bir qızı və bir oğlu yaşayıb. Elə azyaşlı qıza qarşı seksual hərəkətlər də məhz qızın anasının və qardaşının gözü qarşısında edilib. Üstəgəl, bu əxlaqsız hərəkətlər müəllimin telefonuna çəkilib. Üç il davamlı şəkildə bu evə gəlib-gedən Şahin Yusifov deyilənlərə görə, bu imkansız ailəni öz əsarəti altında saxlayıb. İçki aludəçisi olan müəllim vaxtaşırı bu evdə dava salır, qızı və anasını amansızcasına döyürmüş. Elə bu ayın 24-ü də belə olur. Gecə şagirdigilə gələn müəllim burada necə həngamə çıxarırsa, qızın xalası polisə zəng edir. Və beləliklə, Şahin Yusifov Polis tərəfindən saxlanılır.
Maraqlıdır ki, azyaşlı ilə 3 il davam edən bu iyrənc hərəkətlər kənddə hər kəsə məlum olub, bircə 294 saylı məktəbin rəhbərliyi məktəbin müəllimi ilə şagirdi arasında baş verənlərdən guya xəbər tutmayıb. Hər halda, məktəbin direktoru Mübariz Novruzov deyir ki, 2000-ci ilin yanvarından, yəni məktəb inşa ediləndən burada dərnək rəhbəri işləyən Şahin müəllim kollektiv arasında pis ad çıxarmayıb: "Onların arasında müəllim-şagird münasibətləri olub". Soruşuruq: "Amma kənd camatı deyir ki, 3 ildir bu münasibətlər davam edirdi. Əgər kənddə eşidiblərsə, məktəbdə necə eşitmirlər?". Direktorun cavabı belə olur: "Vallah, mən özüm Sanqaçalda yaşayıram. Ola bilsin kənddə biliblər. Amma məktəbə bu xəbər sızmayıb".
No comments:
Post a Comment