4.4.09

Oyuncaq satan çinlinin qulağını kəsdilər

Buna səbəb satdığı oyuncağı çox tərifləməsi olub

Azərbaycan. Bakıda Cin Xalq Respublikasının vətəndaşı Yin Xianın qulağını kəsiblər. Belə ki, Çin vətəndaşı ilə Bakı sakini Valeh Məmmədov arasında mübahisə baş verib. Nəticədə bakılı cibindən bıçaq çıxararaq çinli qonağın sağ qulqulağını kəsib. Xəsarət alanı xəstəxanaya götürüblər. Belə ki, Çin vətəndaşı ilə Bakı sakini Valeh Məmmədov arasında mübahisə baş verib. Nəticədə bakılı cibindən bıçaq çıxararaq çinli qonağın sağ qulqulağını kəsib. Xəsarət alanı xəstəxanaya götürüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, ilkin araşdırma zamanı tərəflərin verdikləri ifadələrdən məlum olub ki, Çin vətəndaşı Bakıda vətənindən gətirdiyi xırda-para əşyaların alveri ilə məşğul olurmuş. O, "Xətai" metrosunun qarşısında saat satarkən Valeh Məmmədov ona yaxınlaşıb və saatın qiyməti, keyfiyyəti ilə maraqlanıb. Çinli malını tərifləyəndə isə bakılı hövsələdən çıxıb və ondan nəyə görə keyfiyyətsiz malları Bakıya gətirib satmasını soruşub. Əvəzində isə çinli alverçi onu rus söyüşü ilə söyüb. Mübahisəyə səbəb də elə bu olub.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru