
Braziliyada görünməmiş hadisə baş verib.
Braziliya. Qəzetlərin yaydığı xəbərə görə, atası tərəfindən zorlanan 9 yaşlı qız uşağa qalıb. Əkiz uşağa hamilə qalan azyaşlının bətnindəki körpələr abort etdirilib. Əhalinin əksəriyyətinin katolik olduğu Braziliyada 9 yaşlı qızın uşaqlarının abort etdirilməsi ciddi mübahisələrə və narazılığa səbəb olub.
Məlum olub ki, adı açıqlanmayan azyaşlı qusma, ürək bulantısı və qarın ağrısı şikayətləri ilə xəstəxanaya aparılıb. Orada qızcığazın 4 aylıq hamilə olduğu üzə çıxıb. Bu qədər kiçik yaşda qızın əkiz uşaq dünyaya gətirməsi mümkün olmadığından körpələr abort etdirilib.
No comments:
Post a Comment