3.12.10

Əsrin ən yeknəsəq günü


Statistika 1900-2000-ci illəri əhatə edir


İngiltərə. XX əsrdə heç bir önəmli hadisənin baş vermədiyi gün 1954-cü ilin aprelin 11-dir. "1900-2000-ci illər arasında bundan cansıxıcı və sönük gün olmayıb", - proqramın müəllifi, Kembric Universitetinin əməkdaşı Uilyam Tanstoll-Pedu deyib. Əcəba, 1954-cü ilin aprelin 11-də nə baş verib?Həmin gün Belçikada ümummilli seçkilər keçirilib, türk akademik Abdulla Atalar anadan olub, bir də Britaniyanın ortabab "Oldhem Atletik" klubunun futbolçusu Cek Safflbotam dünyasını dəyişib, vəssəlam. Tanstoll-Pedunun proqramı ötən əsrdə insanlar, yerlər və hadisələrlə bağlı qlobal və lokal gündəlik xəbərlərdə bəhs edilmiş 300 milyon faktı təhlil edib. Xüsusi müqayisə alqoritmi günləri önəm səviyyəsinə görə sıralayıb. "Məsələn, 1950-ci ilin hansısa bazar günündə məşhur adamlardan kimsə doğulub və ya ölməyibsə, bəşər tarixi üçün önəmli heç bir hadisə baş verməyibsə - həmin gün avtomatik olaraq siyahıda aşağı düşür", - Tanstoll-Pedu bildirib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru